Xidmət müddətinin artırılması
Avadanlıqlar düzgün mühitdə və düzgün rejimdə işləyəndə uzun müddət xidmət göstərir.
01 Məqsəd
Bu təklif, müəssisənizin İT infrastrukturunun təhlükəsiz, sabit və fasiləsiz işləməsini təmin etmək üçün hazırlanmışdır. Görüləcək işlər aşağıdakı üç nəticəyə yönəlmişdir:
Avadanlıqlar düzgün mühitdə və düzgün rejimdə işləyəndə uzun müddət xidmət göstərir.
Gözlənilməz nasazlıqlar profilaktika və monitorinq hesabına baş verməmişdən qabaq aradan qaldırılır.
Şəbəkə, internet və kamera sistemi işlədikcə satış, xidmət və müştəri axını dayanmır.
02 Mövcud vəziyyət
Hazırda İT infrastrukturunda texniki baxış keçirilmiş və aşağıdakı beş problem aşkarlanmışdır.
Mərkəzi “Rack” kabineti yoxdur. Sviçlər fərqli yerlərdə pərakəndə paylanıb. Kabellər xaotik və açıq vəziyyətdədir — bu həm vizual görünüşü pozur, həm də fiziki zədələnmə riskini artırır.
DVR cihazları uyğun olmayan mühitdə saxlanılır. Havalandırma zəif olduğundan daxili yaddaş diskləri (HDD) və digər komponentlər tez-tez sıradan çıxır.
Bəzi kameralar köhnəlib və ya tamamilə işləmir. Səsləndirmə sistemi qeyri-peşəkar qurulduğu üçün səs keyfiyyəti aşağıdır. Aparatura mərkəzləşdirilməyib.
Şəbəkə xətlərinin xəritəsi yoxdur. Hansı kabelin hara getdiyi bilinmədiyi üçün hər hansı nasazlıq yarananda problemin tapılması saatlarla vaxt aparır.
Mövcud simsiz şəbəkə müştərilərin və personalın tələblərini qarşılamır, tez-tez qırılmalar yaşanır. Sürət məhdudiyyətləri (QoS) və vahid idarəetmə sistemi tətbiq olunmayıb.
03 Yarana biləcək risklər
Şəbəkə və kamera sisteminin sıradan çıxması birbaşa təhlükəsizlik boşluğu deməkdir.
İnternet problemləri müştərinin məkanda keçirdiyi vaxta və qayıtma qərarına təsir edir.
Avadanlıqların yanması və ya sıradan çıxması böyük və planlaşdırılmamış xərc yaradır.
04 Təklif olunan həll yolları
Aşağıdakı addımlar ardıcıl şəkildə həyata keçirilir və hər mərhələ sənədləşdirilir.
Vahid “Rack” kabinetinin qurulması, bütün sviçlərin, DVR və səs aparatlarının bu kabinetə yığılması.
Naqillərin “Patch Panel” vasitəsilə nizamlanması, estetik və gizli kabel kanallarının çəkilməsi.
Server otağının standartlara uyğunlaşdırılması və cihazların qızmaması üçün soyutma sisteminin təmin edilməsi.
Şəbəkənin tam xəritəsinin çıxarılması və sənədləşdirilməsi — gələcəkdə problemin 5 dəqiqəyə tapılması üçün.
WI-FI sistemi üçün xüsusi tövsiyə
İlkin büdcə optimallaşdırılması üçün mövcud Ruijie sistemi üzərində konfiqurasiya düzəlişləri edərək effektivliyi müəyyən dərəcədə artırmaq da mümkündür.
UNIFI platformasının üstünlükləri
05 Aylıq İT dəstək xidməti
İnfrastruktur tam qaydasına salındıqdan sonra onun stabil işləməsini təmin etmək üçün aylıq xidmət paketi təklif edirik.
Şərtləri müzakirə edək06 Avadanlıq təmiri
Öz servis xidmətimiz var: avadanlığı dəyişməmişdən əvvəl diaqnostika edib təmir imkanını yoxlayırıq — bu, yeni cihaz almaqdan qat-qat ucuz başa gəlir.
Kassa və çek printerlərinin diaqnostikası, təmiri və profilaktik təmizlənməsi.
Kompüter və noutbukların diaqnostikası, təmiri və sürətinin bərpası.
Printer, monitor, şəbəkə cihazları və digər ofis avadanlığının təmiri.
Nəticə
NeoMax olaraq, müəssisənizin İT infrastrukturunu müasir standartlara çatdırmağa və biznesinizin fasiləsizliyini qorumağa hazırıq. Sizinlə uzunmüddətli və etibarlı tərəfdaşlıq etməkdən məmnun olarıq.